Cümə axşamı , May 2 2024
Ana səhifə / Şou Biznes / Lənkəranda müəllimin qeyri-adi tədris üsulu: Şagirdlər həm öyrənir, həm də əylənir – VİDEO

Lənkəranda müəllimin qeyri-adi tədris üsulu: Şagirdlər həm öyrənir, həm də əylənir – VİDEO

Lənkəranın ucqar dağ kəndi olan Gəgiranda çalışan tarix müəllimi qeyri-adi tədris üsulları ilə məşhurlaşıb.
Sosial şəbəkələrdə də diqqət çəkən müəllim, dərsi uşaqlara sevdirmək üçün hətta rep deyir.
Görüntülərdə aydın olur ki, şagirdlərin həvəslə və aktiv iştirak etdiyi dərs tarix dərsidir.
Sosial şəbəkələrdə yayılan görüntüdəki gənc müəllim isə Həbib Əlizadədir.  Müəllimin öyrətmək üçün yeni üsulu rep olub.
Qeyri-adi tədris üsulları gənc müəllimi şagirdlərə xeyli sevdirib.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın