Bazar ertəsi , May 6 2024
Ana səhifə / Araşdırma / Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı 

Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı 

Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum olub.
Qızların tələbə yoldaşları bildiriblər ki, hər iki tələbə Gəncə Dövlət Universitetinin “Xarici dillər” fakültəsində təhsil alıblar.
Ayla Əliyeva fakültənin Alman dili ixtisasının 2-ci kursunda, Nazlı Qulamovaya (adlar şərtidir – red.) isə Fransız dili ixtisasının 4-cü kursunda təhsil alırmış. Onlardan biri Gəncədən, digəri isə Goranboy rayonundan olublar.
Məlumata görə, qızlar arasındakı münasibət heç də yazıldığı kimi “sevgi” münasibəti olmayıb. Ayla adlı qız öz sevdiyi oğlanla birlikdə Türkiyəyə qaçmaq istədiyi zaman, yaxın rəfiqəsinə də onlarla birlikdə getməsini və onlarla birlikdə işləməyi təklif edib.
Gənclər birlikdə Türkiyəyə qaçmaq istəyərkən hava limanında ailə üzvləri tərəfindən saxlanılıblar. Hazırda Gəncədə olan qızlar ailələrinin yanındadırlar.
Məlumata görə, 2-ci kurs tələbəsi olan Aylanın ailəsi onu universitetdən çıxartmaq istəsə də, rəhbərliyin təkidi ilə tələbə universitetdə təhsilini davam etdirəcək. (Azxeber.com)
***
Azərbaycanda qız qıza qoşulub qaçıb.
Oxu.Az -a istinadən xəbər verir ki, hadisə Gəncə şəhərində baş verib. Gəncə Dövlət Universitetinin tələbəsi olan Ayla Əliyeva tələbə yoldaşı Nazlı Qulamovaya (adlar şərtidir – red.) qoşulub qaçıb.
Bildirilir ki, hər iki tələbə ali məktəbin yuxarı kurs tələbələridir və xarici dil fakültəsində təhsil alırmışlar. Tələbələrin yaxınları əvvəlcə qızların oğlan tərəfindən qaçırıldığını zənn etsələr də, sonradan məsələnin heç də belə olmadığı üzə çıxıb. Məlum olub ki, hər iki qız cinsi azlıq nümayəndəsidir və çoxdandır bir-birini “sevirmişlər”.(Ölkə.Az)

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın