Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Bakıya yeni prokuror təyin olundu

Bakıya yeni prokuror təyin olundu

Bakı şəhərinə yeni prokuror təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib.

İ. Abbasov bu gün Bakı Şəhər Prokurorluğunun kollektivinə təqdim olunacaq.

Qeyd edək ki, Bakı şəhər prokuroru olmuş Əziz Seyidovun səlahiyyət müddəti başa çatıb.

Aprelin 25-də Ə. Seyidov Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib.

Həmçinin oxuyun

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda ehtiyatlı olun!

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı …

Bir cavab yazın