Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Bakı-Quba yolunda avtobus aşdı: 4 yaralı – VİDEO

Bakı-Quba yolunda avtobus aşdı: 4 yaralı – VİDEO

Bakı-Quba yolunun 173-cü km-də Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb.

ARB TV xəbər verir ki, nəticədə 4 nəfər xəsarət alıb.

Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər üç yaralı – Quba rayon sakinləri, 27 yaşlı Ürfan Həmidov, 28 yaşlı Eldar Qədimov, 45 yaşlı Hürriyyət Teyyubovanın vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Fakt araşdırılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın