Cümə axşamı , May 2 2024
Ana səhifə / Media / Bakının istilik sistemi vaxtından tez kəsildi

Bakının istilik sistemi vaxtından tez kəsildi

Bu gün günorta saatlarından başlayaraq Bakının bəzi yerlərində “Azəristiliktəchizat”ASC tərəfindən mənzillərə verilən istilik kəsilib.

İstilik təchizatının aprelin 15-də dayandırılması nəzərdə tutulsa da, “Azəristiliktəchizat” iki gün tüz bu addımı atmağa başlayıb.

Sakinlərin sözlərinə görə, paytaxtın Suraxanı rayonu Qaraçuxur, Bakıxanov, Yeni Günəşli qəsəbələrində istilik sistemi dayandırılıb.

İstilik təchizatının vaxtından tez dayandırılmasının səbəbi aidiyyatı qurum tərəfindən açıqlanmayıb.

Qeyd edək ki, ölkəmizdə istilik sistemi ilə təchizat beş ay nəzərdə tutulub: noyabrın 15-dən aprelin 15-nə qədər.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın