Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / İcra başçısı Arif Qasımov  sakinlərlə görüşdü, onların problemini dinlədi – VİDEO, FOTOLAR

İcra başçısı Arif Qasımov  sakinlərlə görüşdü, onların problemini dinlədi – VİDEO, FOTOLAR

 Bu gün Nizami rayon icra başçısı Arif Qasımov R.Rüstəmov küçəsindəki parkda sakinlərlə görüş keçirib.

Görüşdə 100-ə yaxın sakin iştirak edib. Onlar müxtəlif problemlərlə bağlı icra başçısına müraciət ediblər. Rayon sakinləri əsasən kommunal problemlərdən şikayətləniblər. İcra başçısı Arif Qasımov bəzi vətəndaşların problemləri ilə bağlı yerindəcə göstərişlər verib.

Musavat.com-un kamerasına danışan icra başçısı Arif Qasımov bildirdi ki, bütün şikayətlər qeydə alınıb və müvafiq tədbirlər görüləcək: “ Bugünki görüşümüzdə sakinlərin səsləndirdiyi bütün problemləri qeyd etdik. Bizim səlahiyyətimizdə olan məsələlərlə bağlı yerindəcə tapşırıqlar verdik. Digər nazirliklərə aid olan şikayətləri isə, növbəti günlərdə aidiyyatı üzrə göndərəcəyik”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın