Bazar ertəsi , May 6 2024
Ana səhifə / Cəmiyyət / Levon Ter-Petrosyan: “Azərbaycan və Ermənistan, demək olar ki, razılığa gəliblər”

Levon Ter-Petrosyan: “Azərbaycan və Ermənistan, demək olar ki, razılığa gəliblər”

“Kim deyir ki, Qarabağ məsələsi həll olunmur? Birbaşa danışıqlar elə onun üçündür ki, tərəflər onları özləri üçün daha sərfəli etməyə çalışırlar – Ermənistan bunun üçün mübarizə aparır, Azərbaycan da, təbii ki, mübarizə aparır. Lakin əvvəlcə fikir ayrılıqları xeyli çox idi, indi isə onların sayı bir-iki məsələ ilə məhdudlaşır”, – bunu İctimai televiziyanın efirindəki “Orakargits durs” (Gündəlikdən kənar) verilişində Ermənistanın birinci prezidenti, EMK-nin lideri Levon Ter-Petrosyan deyib.

Güzəştlərdən danışarkən Levon Ter-Petrosyan qeyd edib ki, əgər Azərbaycan güzəştlərə hazır olmasaydı, ümumiyyətlə, Minsk qrupunun işində iştirak etməzdi.

“Hər iki tərəf güzəştlərə razıdır, lakin hər iki tərəf özü üçün maksimal dərəcədə sərfəli şərtlər əldə etməyə çalışır. Bu təbii prosesdir. Son nəhayətdə, elə bir an çatır ki, tərəflər ya hə deyir, ya yox”, – o bildirib.

Həmçinin oxuyun

Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Öncə qeyd etməliyəm ki, mən kapitalizmi əxlaqi ictimai , iqtisadi formasiya hesab etmirəm. Görkəmli alman …

Bir cavab yazın