Çərşənbə , May 1 2024
Ana səhifə / İqtisadiyyat / Mövlud Çavuşoğlu Niderlandı faşizmin paytaxtı adlandırıb

Mövlud Çavuşoğlu Niderlandı faşizmin paytaxtı adlandırıb

Fransanın Meç şəhərində keçirilən mitinqdə çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Niderlandı “faşizmin paytaxtı” adlandırıb.

“Report”un məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

“Niderlandı demokratiyanın paytaxtı adlandırırlar və mən bunu dırnaq işarəsi ilə deyirəm, çünki əslində o, faşizmin paytaxtıdır”, – deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin XİN rəhbərinin təyyarəsini bu ölkəyə buraxmayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Niderlandı ziyarət edə bilməyib.

Həmçinin oxuyun

Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Hava …

Bir cavab yazın