Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Valideynlərə övladlarının vərdişləri haqda xəbərdarlıq: “Dərslə məşğul olduqdan sonra telefona…”

Valideynlərə övladlarının vərdişləri haqda xəbərdarlıq: “Dərslə məşğul olduqdan sonra telefona…”

Psixoloqlar təhsildə uğurun qəfil deyil, addım-addım təqib edilərək mərhələlərlə əldə edildiyini bildirirlər. Onlar daim “ ağıllı telefon” lara baxan ailələrin, uşaqlarının dərslərdə uğur qazanmadığı təqdirdə şikayət etmək haqlarının olmadığını ifadə edirlər.

Azinforum.az “Dəvət” jurnalına istinadən xəbər verir ki, tələbənin uğursuzluğunun ən mühüm səbəblərindən biri diqqətin az olmasıdır. Əslində dərsdə diqqətin az olması, tələbənin diqqətini çox şeylərə yönəltməsi, diqqətin az olması isə onun yatana qədər telefona baxması səbəbilədir. Dərslə məşğul olduqdan sonra telefona baxaraq yatmaq öyrənilənləri unutdurur. Yatmazdan əvvəl nə edilibsə, səhər oyandıqda onlar xatırlanır. Yatmazdan əvvəl ən faydalı şey kitab oxumaqdır.

Yazaraq dərslə məşğul olun

Yazaraq dərslə məşğul olmağın unutqanlığı azaltdığını bildirən psixoloqlar valideynlərin kitab oxuyaraq uşaqlarına nümunə olmalarının vacibliyini bildirirlər. Oyun oynamağın əhəmiyyətinə də toxunan psixoloqlar uşaqlar üçün kompüterin deyil, tərləyəcəkləri oyunlar oynamalarının zəruri olduğunu qeyd edirlər.

Aparılan araşdırmalara əsasən, mobil telefon nəticəsində insan bədəni 30 faiz enerji itirir. Buna görə də uşaqlarımız dərslə məşul olarkən mobil telefonlarından uzaq olmalıdırlar. Kompüterlər mütləq evin qonaq otağında olmalı və ekranı qapıya tərəf olmalıdır. Kompüterdən istifadə edilən saatlar da mütləq valideynlər tərəfindən müəyyən edilməlidir.

Faydalı vərdişlər əldə etməliyik

Faydalı vərdişlər əldə edərək övladlarına nümunə olmalarını tələb edən psixoloqlar belə deyirlər: “Allah insanları elə yaradıb ki, insan orqanizminin müqaviməti ona faydalı olan şeyə qarşı artır, orqanizm üçün zərərli olana qarşı isə olduqca azalır. Biz hər zaman özümüzə faydalı vərdişlər qazanmalıyıq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın