Ana səhifə / Cəmiyyət / “Azəriqaz”da kütləvi “təmizləmə” – Əkbər Hacıyevin açıqlaması

“Azəriqaz”da kütləvi “təmizləmə” – Əkbər Hacıyevin açıqlaması

Dünən Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində bir neçə yüksək vəzifəli şəxs qəfil işdən azad edilib. Bu barədə Gununsesi.info-ya “Azəriqaz”ın adının çəkilməsini istəməyən yüksək vəzifəli işçilərindən biri məlumat verib.

Məlumatda qeyd olunur ki, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev bir gecədə birliyin Hüquq Departamentinin rəisi Elbrus Məmmədovu, Bakı Sayğaclaşdırma Departamentinin rəisi Elşən Quliyevi, Bakı İstismar Departamentinin rəisi Osman Behbudovu, həmin idarənin baş mühəndisi və “Azəriqaz”ın bir neçə regional idarələrinin rəislərini işdən azad edib.

Bu gün səhər işə gələn həmin şəxslərə artıq bu qurumdan kənarlaşdırıldıqları barədə xəbər verilib. Məlumatda bildirilir ki, baş direktor bu əmri verərkən, Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozub.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Gununsesi.info-ya açıqlamasında rəhbəri olduğu qurumda baş verən son hadisələrdən danışıb. Əkbər Hacıyev bildirib ki, işdən çıxarmalar SOCAR daxilində aparılan müəyyən yerdəyişmələrlə bağlıdır: “Burada heç bir sensasiyalı məqam yoxdu, bu şirkətdaxili adi yerdəyişmələrdir. Hər hansı narazılıq və qanunsuzluq ortada yoxdur. Bu adi bir məsələdir, SOCAR-ın daxili işidir. Burada sensasiya sayılacaq hər hansı bir məqam yoxdur” – deyə, o, bildirib.

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …

Bir cavab yazın