Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Niderland Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib – Qalmaqal

Niderland Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib – Qalmaqal

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Niderlandın etdiklərinin cavabsız qalmayacağını deyib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumaat görə, o, deyib ki: “Bu, cavabsız qalmayacaq. Biz necə lazımdır buna reaksiya verəcəyik”.

Çavuşoğlunun sözlərinə görə, onun Roterdama gedə bilməməsi ən çox Gert Vildersi sevindirib.

“Mənim Roterdama gedə bilməməyim ən çox Gert Vildersi sevindirdi, amma qərarı baş nazir qəbul etdi. Onda onların arasında nə fərq var? Heç bir fərq yoxdur, elə həmin fikirlər və faşizm”.

Qeyd edək ki, bu gün Niderland Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi palnlaşdırırdı.

Ərdoğan bu hərəkəti edən Niderland hökumətini faşist adlandırıb: ” İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizin ölkənizə qarşı dönəcək”.

Çavuşoğlu isə Niderlanda qarşı ciddi sanksiyalar tətbiq ediləcəyini deyib.

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …

Bir cavab yazın