Ana səhifə / Kriminal / Naxçıvanda “Müasir bank xidmətlərinin tətbiqi və marketinqi” mövusunda təlim keçirildi — FOTO

Naxçıvanda “Müasir bank xidmətlərinin tətbiqi və marketinqi” mövusunda təlim keçirildi — FOTO

Bu gün Azər-Türk Bank ASC-nin təşkilatçılığı ilə Mərkəzi Bankın dəstəyi əsasında Naxçıvan Dövlət Texniki Kollecində təlim keçirilmişdir.

Təlimin əsas məqsədi – müasir bank xidmətlərinin tətbiq edilməsi zəminində marketinq fəaliyyətinin təşkilinə, xidmət sektorunda müştəriyönümlü xidmətin əsas planda olduğuna diqqətin yönəldilməsidir. Uzunmüddətli hədəf isə gələcəkdə bank və maliyyə sahəsi üzrə kadr hazırlığına dəstəkdir.

Təlimçilər: Leyla Məmmədova – Azər-Türk Bank ASC-nin Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru “Müasir dövrdə xidmət sektorunda marketinq fəaliyyətinin təşkili”, Vüsal Novruzov – “Azər-Türk Bank” ASC Naxçıvan filialının müdiri “Müştəriyönümlü xidmət və müştəri məmnuniyyəti” , Hafiz İsmayılbəyli – Mərkəzi Bankın Naxçıvan MR idarəsinin əməkdaşı “Bank sahəsində texnoloji yeniliklər və xidmətlər” mövzularında çıxış etmişlər.

Təlim çox yüksək aktivliklə keçirilmişdir. İştirakçılar təlimdə fəal iştirak etmiş, təlimçilərə müxtəlif mövzularda sullar ünvanlamışlar.

Təlimdən sonra təltifetmə mərasimində iştirakçılardan 116 nəfərə sertifikatlar təqdim olunmuşdur.

Eyni zamanda, ən aktiv iştrakçılardan 2 nəfər bankda 1 aylıq təcrübəyə dəvət olunmuşlar.

 

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın