Şənbə , May 18 2024
Ana səhifə / 2018 / İyul (səhifə 33)

Monthly Archives: İyul 2018

Məktəblərdə xarici dilin tədrisi forması açıqlandı

Təhsil Nazirliyi orta məktəblərdə xarici dilin tədrisi formasını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, Azərbaycanın ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I sinifdən …

Ətraflı oxu »

Azərbaycanın bank sektorunun kapitalı 5,2% artıb

30 iyun 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 mlrd. 991 mln. manat, kredit portfeli 11 mlrd. 712 mln. manat, cəmi öhdəlikləri isə 24 mlrd. 087 mln. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 904 mln. manat, əhalinin …

Ətraflı oxu »

Bakıda tozun miqdarının normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb – Nazirlik

Bu gün Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən APA-ya verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır. Qeyd olunub ki, atmosferdə müşahidə olunan toz …

Ətraflı oxu »

Türkiyə Suriyada terrorçulardan təmizlədiyi ərazilərdə 108 məscid təmir edib

“Türkiyə son 15 ayda Suriyanın Cerablus, Əl-Bab, Aazaz şəhərlərində və Çobanbey rayonunda 108 məscidi bərpa edib”. “Report” xəbər verir ki, məlumatı Tükiyənin Dini İşlər Vəqfi yayıb. Bildirilib ki, Türkiyənin keçirdiyi “Fərat qalxanı” antiterror əməliyyatı nəticəsində terrorçulardan təmizlənən şəhər, rayon və kəndlərdə məscidlərin bərpası və təmiri davam edir. Vəqf Suriyada daha …

Ətraflı oxu »

Fazil Məmmədov xəstəxanadan evə buraxıldı

Sabiq vergilər naziri Fazil Məmmədov müalicə aldığı Türkiyədəki “American Hastahanesi”ndən evə buraxılıb. Modern.az-a daxil olan məlumata görə, müalicəsi uğurla başa çatdırılan sabiq nazirin səhhəti tam normallaşıb. Amma F.Məmmədov hələlik Azərbaycana dönməyib. Onun hazırda İstanbulda olduğu və istirahət etdiyi bildirilir. Bundan əvvəl müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlandığı deyilirdi. Qeyd edək …

Ətraflı oxu »

Azərbaycan Beynəlxalq Bankının Gürcüstan nümayəndəliyinin lisenziyası ləğv olunub

Azərbaycan Beynəlxalq Bankının Gürcüstan nümayəndəliyinin lisenziyası ləğv olunub. APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb. Məlumata əsasən, bank ləğv olunma prosesindədir və Roin Tsatsiaşvili banka ləğvedici təyin olunub. Qeyd edək ki, ABB-nin Gürcüstan filialı 2007-ci ildən fəaliyyət göstərib. Bu ilin martında ABB Gürcüstan və Rusiya …

Ətraflı oxu »

Azərbaycanda traktorların gecə vaxtında magistral yollarda hərəkəti qadağan edilir

“Mayın 1-dən bu günə qədər kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 10 nəfər ölüb, 22 nəfər yaralanıb”. “Report” xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı texnikalarının magistralda qoşqularla hərəkət …

Ətraflı oxu »

İran Azərbaycandan Qətərə gedən maşınlardan alınan 600 dollar rüsumu ləğv etdi

İran Azərbaycandan Qətərə kənd təsərrüfatı mallarının daşınması ilə bağlı hər bir yük maşınından alınan 600 dollar məbləğində rüsumu ləğv edib. Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev sərnişin və yük daşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə …

Ətraflı oxu »

Zara Azərbaycana gəlməyəcək: Adı siyahıdan çıxarıldı

Bir neçə gündür Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli olduğu bildirilən rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılıb-qatılmayacağını müzakirə edir.  “Jara” Beynəlxalq Musiqi Festivalı 2018-ci il iyulun 26-dan 29-dək Bakının Nardaran qəsəbəsindəki “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək. Festivalda Rusiya və Azərbaycandan olan müğənnilər, eləcə də bəzi …

Ətraflı oxu »

Elmar Vəliyevə qarşı sui-qəsdin daha bir iştirakçısı məhv edildi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə iştirak edən şəxslərdən biri məhv edilib. Virtualaz.org-un məlumatına görə, Yunis Səfərovla birlikdə E. Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn …

Ətraflı oxu »