Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Fazil Məmmədov xəstəxanadan evə buraxıldı

Fazil Məmmədov xəstəxanadan evə buraxıldı

Sabiq vergilər naziri Fazil Məmmədov müalicə aldığı Türkiyədəki “American Hastahanesi”ndən evə buraxılıb.

Modern.az-a daxil olan məlumata görə, müalicəsi uğurla başa çatdırılan sabiq nazirin səhhəti tam normallaşıb. Amma F.Məmmədov hələlik Azərbaycana dönməyib. Onun hazırda İstanbulda olduğu və istirahət etdiyi bildirilir.

Bundan əvvəl müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlandığı deyilirdi.

Qeyd edək ki, Fazil Məmmədov vergilər naziri vəzifəsindən 2017-ci ilin dekabrında azad edilib. Onun yerinə Mikayıl Cabbarov təyin olunub.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …