Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Elmar Vəliyevə qarşı sui-qəsdin daha bir iştirakçısı məhv edildi

Elmar Vəliyevə qarşı sui-qəsdin daha bir iştirakçısı məhv edildi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə iştirak edən şəxslərdən biri məhv edilib.

Virtualaz.org-un məlumatına görə, Yunis Səfərovla birlikdə E. Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Müəyyən olunub ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …