Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Rəqsanənin əkizləri oldu – “Üç ay tez doğuldu”

Rəqsanənin əkizləri oldu – “Üç ay tez doğuldu”

Müğənni Rəqsanə İsmayılova yenidən ana olub. Moderator.az xəbər verir ki, bu haqda axşam.az-a sənətçi özü deyib. Əkizləri dünyaya gələn Rəqsanə hazırda özünü yaxşı hiss etdiyini bildirib:

“Çox çətin bir dönəm oldu. Düzdür, mətbuatda ana olmağımla bağlı xəbər yayılmışdı. Amma həmin zaman ana olmamışdım. Hazırda ana oldum. Allahıma və hər kəsə valideyn olmağı arzu edirəm. Sadəcə, uşaqlar üç ay tez doğuldu. Hazırda əkizlər şüşə altında saxlanılır. İki ay bu cür davam edəcək. Reanimasiyadan yeni çıxmışam. Həyat yoldaşım bu haqda çox danışmağımı istəmir. İnşallah bir az özümə gəlim işlərimə qayıdacam”.

Qeyd edək ki, bu, Rəqsanənin ikinci nikahıdır. O, Rusiyada yaşayan iş adamı Fazil bəylə ailəlidir. Sənətçinin Aysun və Yağmur adlı iki qızı da var.


Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …