Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Müğənni Elnarə: Uşaqların artığı ilə dolanıram

Müğənni Elnarə: Uşaqların artığı ilə dolanıram

Ölsəm də, süfrədən qalan yeməyi zibilə ata bilmərəm. Uşaqların qabağından qalan yeməyi ağzıma atıram. Onların artığı ilə dolanıram.

Azinforum.az  xəbərinə görə, bu sözləri müğənni Elnarə Xəlilova “Şou məkan” proqramına müsahibəsində deyib.

70 kilo olduğunu və çəki ata bilmədiyini söyləyən müğənni yeməkdən sonra uşaqlarının qabağından qalanları yediyini bildirib. Ailə həyatı barədə danışan müğənni övladlarının onu ərinə qısqandıqlarını da qeyd edib.

“Rövşən əlimdən tutanda, boynumu qucaqlayanda, uşaqlar gəlib girir aramıza. O ailədə ki ana-ata sevgi göstərə bilir, orada uşaqlar özlərinə əmin böyüyürlər”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …