Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Maşın şou Hind kinosu” iştirakçıların sayı dəyişilmədi

“Maşın şou Hind kinosu” iştirakçıların sayı dəyişilmədi

“Maşın Şou. Hind Kinosu” – nun növbəti gecəsidə başa çatdı. Bu dəfə iştirakçılar gizli səsvermə zamanı, Nazilə Səfərlinin şəklini seçdilər.

Şəkli çıxan N. Səfərli xalqdan səs vermələrini istəyir ki, izləyicilər onu oyunda saxlasın. Oyunun qaydalarına əsasən iştirakçının qalıb qalmayacağına SMS vasitəsilə yalnız izləyicilər qərar verir.

SMS hesablamada izləyicilərin köməyi ilə 50,72% səs toplayan Nazilə Səfərli oyunda qalır və maşın uğrunda mübarizəni davam etdirir.

Qaydalara əsasən, səs toplamış iştirakçı bir nəfəri oyundan kənarlaşdıra bilər. Amma N. Səfərli seçim etmir.

Çünki bu gün artıq şounu Ruhəngiz Allahverdiyeva tərk edib və iştirakçılar say olaraq 16 nəfər qalıblar.

“Maşın Şou. Hind Kinosu” nun informasiya dəstəyi Oxu.Az la bərabər Baku TV-yə aiddir.

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …