Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / Hüseynin anası Rozanı məhkəməyə verir — SƏBƏB

Hüseynin anası Rozanı məhkəməyə verir — SƏBƏB

Ötən gün “Maşın” şouda davam edən 18 günlük mübarizə bitdi və qalib məlum oldu. Belə ki, oyunun sonuna vayner Hüseyn Əzizoğlu ilə müğənni Roza Zərgərli qalıb. Roza Hüseyndən əlini maşından çəkməsini tələb edib. Daha sonra ona fiziki təzyiq göstərib, mübahisə zamanı meyvə və qabları onun üstünə atıb. Bundan sonra Hüseyn əlini maşından çəkib və Roza qalib olub. Şouda yaşananlar birmənalı qarşılanmayıb. Hadisəni sosial şəbəkədə müzakirə edən istifadəçilər birinciliyin Rozadan alınıb, Hüseynə verilməsini tələb ediblər.
Criminal.az xəbər verir ki, Musavat.com şouda yaşananlara münasibət öyrənmək üçün vayner ilə əlaqə saxlayıb.
Dəstəyi götürən anası Elnarə Baxışova hazırda Əzizoğlunun danışacaq halda olmadığını bildirib: “Hüseynin səhhəti yaxşı deyil. Axşam iki təcili yardım gəlib. Səhər nevropatoloqa aparmışam, bayramdan sonra psixoloji dəstək alacaq. Uşağımı ora travma almağa göndərmişdim? Şokdayam, dünən verilişdə Hüseynə yaşadılanları görəndə şoka düşdüm, özümdə deyildim, yoxsa Rozaya adamın başına qab-qacağı necə atılmasını göstərərdim. Hələ çox hadisələr efirə getməyib. O düşünmədi ki, həmin görüntüləri efirə verərlər. Murad Dadaşov sağ olsun ki, heç nəyi gizlətmədi.
“Maşın” şounun hansı qanunlarında var ki, bir-birilərinə fiziki təsir göstərə bilərlər? Məni hiddətləndirən bir məsələ də, Rozanın Hüseynə meyvə, boşqab atılanda nəzarətçilərin müdaxilə etməməsidir. Roza düşünmədi ki, bu uşağın gözündə eynək var, sınar, şüşə gözünə dolar? Roza orada-burada göz boyayır ki, 3 kimsəsiz götürüb saxlamışam. Analıq hissi olan qadın mənim uşağımı o hala qoymazdı”.
Vaynerin anası Roza Zərgərlini məhkəməyə verəcəyini də dilə gətirib: ”Roza kimə güvənir? Arxasında kimlər var k, bu hegemonluğu edir? Uşağıma fiziki və psixoloji təsir göstərib, travma almasına səbəb olduğu üçün onu məhkəməyə verəcəyəm. Qanun qarşısında cavab verəcək. Mən çətinliklə uşaq böyütməmişəm ki, Roza kimisi əzsin?! Hüseyn uşaqdır, safdır. Rozaya inandı, güvəndi. Onun necə qadın olduğunu təəssüf ki, gec gördü. Hüseyn maşını udmadığı üçün pis olmayıb, güvəni qırıldığı, ona olunan şiddətə görə səhhəti pisləşib”.

https://www.youtube.com/watch?v=NeY_ad1IpvE

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …