Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Xınalıqda qarın hündürlüyü 25 santimetrə çatıb – FOTOLAR

Xınalıqda qarın hündürlüyü 25 santimetrə çatıb – FOTOLAR

Qubanın Xınalıq kəndində qarın hündürlüyü 25 santimetrə çatıb.

Martın 12-si gecə saatlarından başlayaraq yağan qar Azərbaycanın şimal rayonlarının dağlıq ərazilərində temperaturun mənfi 4-13 dərəcəyədək aşağı düşməsinə səbəb olub.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, ən aşağı temperatur (-13) Qubanın Qırız kəndində qeydə alınıb. Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 3-25 santimetrə çatır. Qusarın rayon mərkəzində qarın hündürlüyü 5, Xızının Altıağac qəsəbəsində isə 9 santimetr təşkil edir.

Qarın yağması şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda müəyyən çətinliklər yaratsa da, bütün istiqamətlərdə avtomobillərin hərəkəti təmin olunub. (AzərTAc)
Xınalıqda qarın hündürlüyü 25 santimetrə çatıb
Xınalıqda qarın hündürlüyü 25 santimetrə çatıb

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …