Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Bu Novruz bir də 17 il sonra olacaq

Bu Novruz bir də 17 il sonra olacaq

“Azərbaycanda bu il olduğu kimi ilaxır çərşənbə ilə Novruz bayramının eyni günə təsadüf etməsi sonuncu dəfə 2001-ci ildə baş verib. Bu hadisə bir də 2035-ci ildə qeydə alınacaq”.

“ Azinforum.Az” xəbər verir ki, bunu Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirib.

X.Mikaylovun sözlərinə görə, Novruz çərşənbələri müəyyənləşdirilərkən yaz fəslinin ölkəyə gəliş tarixi mütləq şəkildə nəzərə alınır. Bəzi hallarda axır çərşənbə bayramdan 6 gün əvvələ keçirilir.

Mütəxəssis bildirib ki, əgər ilaxır çərşənbə yaz fəslinin başlanıldığı günə təsadüf edirsə və yazın gəlişi səhər saatlarında baş verərsə, onda həmin gün ilaxır çərşənbə deyil, bayram günü kimi qeyd edilməlidir: “Bu halda ilaxır çərşənbənin tarixi 6 gün əvvələ çəkilir. Yazın gəlişi axşam saatlarında, yəni gün batandan sonra baş verdikdə isə həmin gün həm ilaxır çərşənbə, həm də bayram günü sayılır və ilaxır çərşənbə Novruz bayramı ilə üst-üstə düşmüş hesab olunur”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …