Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidməti məlumat verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyini əminliklə qeyd ediblər.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın