Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Qərara gəldik ki, marketə girək” – Borc-xərclərinə “çarə” tapan oğrular – VİDEO

“Qərara gəldik ki, marketə girək” – Borc-xərclərinə “çarə” tapan oğrular – VİDEO

Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə oğurluq hadisəsi baş verib.

ARB TV xəbər verir ki, Cəbrayılın Böyük Mərcanlı kənd sakini Qüdrət Qurbanov polis şöbəsinə müraicət edərək ona aid mağazanın kassasından 347 manat, içərisində 6875 manat olan seyf və müxtəlif adda siqarətlərin oğurlandığını bildirib.

Əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Böyük Mərcanlı kənd sakinləri – Yalçın Abbasov və Rahib Həşimov saxlanılıb. Onlar əməllərini etiraf edərək bildiriblər ki, əvvəlcədən plan qurub mağazanın dam hissəsindən içəri daxil olublar. Oğurladıqları seyfi gizlədib bir neçə gün sonra kəsərək içərisindəki pulu götürüblər.

Yalçın Abbasov – Saxlanılan şəxs: “Dostum Rahiblə çayxanada oturmuşduq. Borcdan-xərcdən söz düşdü. Dedik, nə edək, qərara gəldik, marketə girək. Damdan girdik seyfi və 54 blok siqateri götürdük”.

Rahib Həşimov – Saxlanılan şəxs: “Mağazaya girdik, siqaret və seyf götürdük. Seyfi gizlətmişdik, 10 gündən sonra açıb içərisindəki pulu götürdük”.

Faktla bağlı istintaq davam etdirilir.

  • 23

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …