Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Həftəsonu rayonlara leysan yağacaq

Həftəsonu rayonlara leysan yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti rayonlarda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, mayın 25-i gündüz əsasən qərb rayonlarında, mayın 26-sı gündüzdən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu mayın 26-27-də tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …