Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Gürcüstanda azərbaycanlı deputatdan gözlənilməz qərar

Gürcüstanda azərbaycanlı deputatdan gözlənilməz qərar

Gürcüstan parlamentinə proporsional qaydada deputat seçilən Azər Süleymanov Vahid Milli Hərəkat partiyasını tərk edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.

A. Süleymanovun “Gürcüstanın Avropa Gələcəyi Naminə” parlament fraksiyasına daxil olduğu bildirilir.

Yerli mətbuata açıqlama verən A. Süleymanov qərarının partiya daxilində baş verən münaqişə ilə bağlı olmadığını bildirib: “Mən artıq partiyanın Siyasi Bürosunun üzvü deyiləm. Partiyadan çıxan yalnız mən deyiləm”.

A. Süleymanov Milli Hərəkat Partiyasının qurultayında heç bir qarşıdurma olmayacağını bildirib.

A. Süleymanovla əlaqə yaratmağa çalışsaq da, onun telefonu bağlı olub.

Qeyd edək ki, azərbaycanlı deputatlardan Ruslan Hacıyev bu gün parlamentdə qeydiyyatdan keçən “Gürcü Arzusu – mühafizəkarlar” fraksiyasının, Savalan Mirzəyev isə “Gürcü Arzusu-sosial demokratlar” fraksiyasının üzvü olub.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın