Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Atatürk parkı belə olacaq – FOTOLAR

Atatürk parkı belə olacaq – FOTOLAR

Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkı hazırda əsaslı təmir olunur.

Bu barədə  Azinforum.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, parkın müasir standartlara cavab verən şəkildə yenidən qurulması nəzərdə tutulub.

“Parkda müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılacaq, o cümlədən parkda istirahət edən insanların müəyyən tələblərini ödəmək üçün bir neçə ictimai iaşə obyekti istifadəyə veriləcək. Parkdakı obyektlərin sənədləri araşdırılıb. Mülkiyyət sənədləri (Çıxarışı) olan obyekt sahiblərinə obyektlərində müasir standartlara, parkın yeni layihəsinə uyğun formada yeniləşdirmə aparılması işləri tapşırılıb. Digər işlər isə layihə sənədlərində nəzərdə tutulub. O cümlədən, parkdakı ağacların budanması, cavanlaşdırılması işləri də görülür. Bu işlər Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma departamenti tərəfindən həyata keçirilir”, – deyə məlumatda qeyd olunub.

BŞİH-dən bildirilib ki, layihəyə uyğun olaraq gələcəkdə parkda əlavə digər ağacların, kolların əkilməsi, güllərdən müxtəlif kompozisiyaların düzəldilməsi, qazon örtüyünün yenilənməsi nəzərdə tutulub.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …