Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Koçaryan yenə həbsdə qaldı

Koçaryan yenə həbsdə qaldı

Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbsə qalması barədə qərar qəbul edib. 

Sputnik Ermənistan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında prokuror Vahan Muradyan bildirib.

“Məhkəmə qərar çıxardıb. O, müdafiə olunan tərəfin bütün tələblərini rədd edib. Koçaryan həbsdə qalmağa davam edəcək” – deyə Muradyan bildirib.

Onun sözlərinə görə, ittiham edən tərəf hesab edir ki, azadlıqda olan vaxt Koçaryan istintaqdan yayına bilər.

Muradyan, həmçinin, Koçaryanın məhkəmə iclasında iştirak etdiyini də bildirib.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan ötən ilin dekabrın 7-də yenidən həbs olunub.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …