Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Bu il Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar olmayacaq” – ABŞ-ın sabiq səfiri

“Bu il Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar olmayacaq” – ABŞ-ın sabiq səfiri

2018-ci ildə Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar olmayacaq.

Bu barədə “Amerikanın səsi” radiosunda çıxışı zamanı ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Hebst bildirib.

Keçmiş diplomatın fikrincə, 2018-ci ildə münaqişə bölgəsində hazırkı status-kvo qalacaq: “Döyüş nə Ermənistana, nə də Azərbaycana fayda verir. Bunu hər iki ölkənin paytaxında yaxşı anlayırlar. Düşünmürəm ki, yeni gərginlik kiminsə xeyrinə olsun”.

C.Hebst, eyni zamanda Rusiyanın hər iki ölkəyə – Azərbaycana və Ermənistana silah satmasını tənqid edib, bunun yolverilməz olduğunu deyib: “Bu, Kremlə öz təsirini qorumağa imkan verir”.

Onun sözlərinə görə, 2018-ci ildə status-kvonun saxlanılması nizamlanmanın olmayacağı anlamına gəlir: “Münaqişənin nizamlanması üzrə hər hansı diplomatik irəliləyişin olacağını düşünmürəm”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …