Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Bu il Gül bayramı daha fərqli olacaq” – Bakı Şəhər İcra Hakimiyyətinin AÇIQLAMA

“Bu il Gül bayramı daha fərqli olacaq” – Bakı Şəhər İcra Hakimiyyətinin AÇIQLAMA

“Bu il də Azərbaycanda gül bayramı qeyd olunacaq. Artıq hazılıq işlərinə başalanılıb”. Bu haqda Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.

O qeyd edib ki, tədbirin Heydər Əliyev parkından “Qış parkı”na qədər olan əraizdə keçirilməsi planlaşdırılıb: “Çalışılacaq ki, builki tədbir ötən ilkindən daha möhtəşəm olsun, bunun üçün eksponatlarda dəyişiklik ediləcəyi gözləniləndir. Hər il olduğu kimi, bu il də qonaqların olacağı istisna deyil”.

Alınacaq güllərin sayına gəlincə, meriya nümayəndəsi bildirib ki, bu barədə dəqiq informasiya yoxdur: “Güllərin ənənəvi olaraq Hollandiya, İtaliya, Fransa, Almaniya və digər ölkələrdən gətirilməsi planlaşdırılıb. Sayı və dəyəri barədə informasi yoxdur”.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsü olan Gül bayramı hər il mayın 10-da mərhum prezident Heydər Əliyevin ad günündə keçirilir.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın