Cümə , Aprel 26 2024
Ana səhifə / Media / “İTV-də müsbət istiqamətdə dəyişikliklər hiss olunur” – EKSPERT

“İTV-də müsbət istiqamətdə dəyişikliklər hiss olunur” – EKSPERT

Bu sözləri Cebhe.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. O bildirib ki, bu dəyişikliklər həm xəbərin çəkisində, aktuallığında, həm də ümumiyyətlə maraq kəsb etməsində özünü göstərir:

“Hətta bir neçə məqamda tənqidə meyllilik də, mövcud stereotiplərdən kənara çıxmaq da müşahidə etdim. Diqqəti cəlb edən, həm də aparıcıların da müəyyən qədər dinamikliyi, sərbəstliyi, canlılığı, xəbəri həvəslə çatdırmağı idi.

İTV özünün “qızıl dövrünü” İsmayıl Ömərovun dövründə yaşayıb. Belə görünür ki, yeni rəhbərlik İTV-də ciddi dəyişikliklər etmək niyyətindədir. Xüsusən də informasiya departamentində bu hiss olunmağa başlayıb.

Ümid edirəm ki, yaxın zamanlarda digər departamentlərdə, bütövlükdə İTV-də qanunla müəyyən olunan prinsiplər əsasında fəaliyyəti izləyə biləcəyik”.

Ekspert bildirib ki, İTV -nin fəaliyyətinin yenidən qurulması istiqamətində yeni rəhbərliyin ictimaiyyət nümayəndələri, ekspertlərlə görüşünün də keçirilməsi faydalı məqama çevrilə bilər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …