Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Müəllimə: “Mən şagirdi döyməmişəm”

Müəllimə: “Mən şagirdi döyməmişəm”

Bakının Qaradağ rayonunda yaşayan Samirə Heydərova 106 saylı ora məktəbin ibtidai sinif müəllimi Tünzalə Qasımovaya qarşı məhkəmə qərarından apellyasiya şikayəti verib.

APA-nın xəbərinə görə, işə Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilkin baxışı iyulun 17-nə təyin edilib.

İddiaya əsasən S. Heydərovanın qızı, məktəbin 1-ci sinif şagirdi Nihal Heydərli müəllim tərəfindən döyülüb. Müəllimə qarşı maddi və mənəvi ziyana görə 103 min manatlıq təzminat iddiası qaldırılıb. Eyni zamanda T. Qasımova da valideynə qarşı şikayət verib. Hər iki iddia Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq.

T. Qasımova APA-ya açıqlamasında şagirdi döymədiyini deyib. O, valideynin iddiasını əsassız adlandırıb: “Məsələ bundan ibarətdir ki, Samirə Heydərova mənim yaşımla əlaqədar həmin məktəbdə çalışmağımı istəmir. Düşünür ki, uşaqlara yaxşı təhsil verə bilmərəm, digər valideynlərə də deyib ki, bu müəllimi məktəbdən kənarlaşdırmaq lazımdır. Buna görə mənimlə qərəzli davranır və belə bir iddia səsləndirir”.

Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov işi araşdıraraq, ilə hər iki tərəfin iddiasını əsassız sayıb. Buna görə tərəflər apellyasiya şikayəti verib. S. Heydərovanın sözlərinə görə, N. Heydərlinin döyülməsi faktı üzrə tibbi ekspertiza da keçirilib. Ekspertizada uşağın döyüldüyü və küt əşya tərəfindən vurulduğu təsdiq olunub. Bu da yüngül xəsarət kimi qiymətləndirilib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …