Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Cinsi əlaqədə olduğu qadını soydu – XIRDALANDA ŞOK

Cinsi əlaqədə olduğu qadını soydu – XIRDALANDA ŞOK

Abşeronda yüngül həyat tərzi keçirən qadına qarşı soyğunçuluq olub.

Hüquq-mühafizə orqanlarından Open.az-a verilən məlumata görə, 1991-ci il təvəllüdlü Anar Nadir oğlu Ağayev internetdə yüngül həyat tərzi keçirən qadınla tanış olub. Tanışlıq əsnasında qadın (G.Q – ad şərtidir) 90 manat müqabilində A. Ağayevlə cinsi əlaqədə olmağa razılıq verib.

Əldə olunmuş razılıq əsasında A. Ağayev G.Q ilə qadının öz evində görüşüb. Pulu ödədikdən sonra A. Ağayev qadınla bir dəfə cinsi əlaqədə olub. Daha sonra qadına başqa bir müştəri zəng edib və görüşmək istədiyini bildirib. Vəziyyətin belə alındığını görən qadın A. Ağayevi yola salmaq istəyib. Lakin A. Ağayev razılaşmayıb və ona səhərədək bir yerdə olacaqlarını bildirib.

G.Q oğlana evini tərk etməsində israr edib. Lakin A. Ağayev qadınla razılaşmayıb və belə olan halda pulunu geri istəyib. Qadın pulu qaytarmaqdan imtina edib.

G.Q-nın onu aldatdığını görən A. Ağayev qadını döyərək əlindəki 250 manat dəyərində telefonunu və çantasındakı 130 manat pulu götürərək evi tərk edib.

G.Q bu barədə polisə şikayət edib.

Daxil olan şikayət əsasında Abşeron rayon Polis İdarəsində Cinayət Məclləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

A. Ağayev şübhəli şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …