Ana səhifə / Siyasət / İnam Kərimov çıxardığı iki nəfərə yeni vəzifə verib

İnam Kərimov çıxardığı iki nəfərə yeni vəzifə verib

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar olub.
Azinforum.az 
Strateq.az-a istinadən xəbər verir ki, bu barədə  Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov məlumat verib.
Onun sözlərinə görə, elm və təhsil şöbəsinin müdiri Firdovsi Fikrətzadə Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri təyin olunub.
İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılov isə “Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsinə gətirilib.
Eyni zamanda nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və texniki siyasət şöbəsinin müdiri Vüqar Babayev şəxsi karyera planları ilə əlaqədar işdən ayrılıblar: “Həm Şəbnəm xanım, həm Vüqar müəllim yüksək keyfiyyətli kadrlardır. Onların işdən ayrılması şəxsi karyera planları ilə bağlıdır. Hər iki şəxs fəaliyyətlərini yeni layihələrdə davam etdirmək istədiklərini bildiriblər və onların qərarına hörmətlə yanaşılıb”.
Xatırladaq ki, KTN-dəki bu dəyişikliklərə bağlı ilk xəbəri Mia.az yayıb. 
Həmin xəbəri bu linkdən oxuya bilərsiniz – http://mia.az/w695500/…/
Düzdür, həmin xəbərdə Aydəm İsmayılovun rəhbərlik etdiyii şöbənin ləğv edilərək, özünə iş verilmədiyi  qeyd olunmuşdu. İndisə nazirliyin yaydığı məlumatdan aydın olur ki, şöbə ləğv olunsa da, nazir Aydəm İsmayılovu işsiz qoymayıb. O, sabiq şöbə müdirinə MMC-də yeni vəzifə verib…

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …