Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Canavarın hücum etdiyi kənd sakinləri – Quduz olduğu deyilir + Video

Canavarın hücum etdiyi kənd sakinləri – Quduz olduğu deyilir + Video

“Canavarın kəndimizə hücumu nəticəsində ikisi azyaşlı olmaqla 4 nəfərə xəsarət alıb”.

“Qafqazinfo”ya bu barədə məlumatı Şüvi kənd sakini, tanınmış müəllim Həbib Əlizadə verib. O bildirib ki, hadisə bu gün səhər saat 8 civarında baş verib:

“Astaranın Şüvi kəndinə canavar hücum edib. Xəstələrdən biri 9-cu sinif şagirdi, dayım oğlu Rafiqdir.

Hazırda xəstəxanadayıq. Kəndimizdə ilk dəfədir ki, belə hadisə yaşanır. Canavar Lənkərandan Astaraya doğru hücum edib, qarşısına çıxanı yaralayıb, quduz olduğu deyilir. Əlavə olaraq qonşu Züngüləşdə də 3 nəfəri yaraladığını eşitmişəm”.

Xatırladaq ki, Səhiyyə Nazirliyi sözügedən hadisə ilə bağlı yaydığı məlumatda xəsarət alanların Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirildiyini və vəziyyətlərinin qənaətbəxş olduğunu bildirib.

 



Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …