Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / 15 yaşlı oğlan atasının bahalı avtomobili ilə nənə və nəvəni öldürdü – Dəhşətli görüntülər + VİDEO

15 yaşlı oğlan atasının bahalı avtomobili ilə nənə və nəvəni öldürdü – Dəhşətli görüntülər + VİDEO

İnternet şəbəkələrində iki nəfərin, o cümlədən bir uşağın həyatını itirməsi və bir nəfərin ağır yaralanması ilə nəticələnmiş dəhşətli yol qəzasının videosu yayılıb.
Moderator.az  “RİA Novosti”yə istinadla xəbər verir ki, faciəli olay ötən cümə günü səhər saatlarında Dağıstan Respublikasının Xasavyurt şəhərində baş verib.
İlkin məlumatlara görə, 15 yaşlı  yeniyetmə atasının “Mercedes”- “cip”ində gəzintəyə çıxmağa qərar verib. Gəzinti zamanı o idarə etməni itirib və avtomobil  səkiyə çıxaraq  üç piyadanı əzib. Onlardan  ikisi hadisə yerindəcə həyatını itrib. Dünyasını dəyişənlər  58 yaşlı qadın və onun 6 yaşlı nəvəsidir. Ağır xsarətlər almış ikinci qadın isə  xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra gənc qatil sürücü dostuna zəng edib. Həmin telefon danışığının audio-yazısını “Telegram-112” kanalı yayımlayıb. “Bir uşağı və qadını vurub öldürdüm.  Atamın avtomobilini götürmüşdüm. Bütün bunları necə həll etmək olar, bilmirəm…“- oğlan səsi ilə bu sözlər eşidilir.

 

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …