Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Tramp yeni mətbuat katibinin adını açıqladı

Tramp yeni mətbuat katibinin adını açıqladı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyası Milli Komitəsinin nümayəndəsi Şon Spayserin namizədliyini Ağ Evin mətbuat katibi vəzifəsinə irəli sürüb.

Virtualaz.org Reuters-ə istinadən bildirir ki, bu barədə ABŞ keçid administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Tramp strateji kommunikasiyalar üzrə prezident vəzifəsinə özünün mətbuat katibi Houp Hiksin, kommunikasiyalar üzrə direktor vəzifəsinə keçid komandasının üzvü Ceyson Millerin, sosial media üzrə direktor vəzifəsinə isə Den Skivinonun namizədliyini irəli sürüb.

Tramp onları həm də özünün köməkçiləri təyin edib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın