Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / İtmiş səfirin maşında yanmış meyiti tapıldı – FOTO

İtmiş səfirin maşında yanmış meyiti tapıldı – FOTO

Braziliyada itkin düşən Yunanıstanın səfiri Kiriakos Amiridisin meyiti yanmış avtomobildə tapılıb.

AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, avtomobil Nova-İquasu bələdiyyəsində aşkar edilib.

Qeyd edək ki, ötən gün Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisin Rio-de-Janeyroda itkin düşməsi haqda məlumat yayılmışdı.

Səfir sonuncu dəfə həftənin bazar ertəsi görünüb. Həmin vaxtdan sonra xəbər tutmaq mümkün olmayıb. Səfirin harada olması barədə hər hansı açıqlama verilməyib.

Yunanıstanın Braziliyadakı səfirliyi paytaxtı Braziliada yerləşir. Səfir isə Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın