Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Bu il yol təsərrüfatına 500 min manat ziyan dəyib

Bu il yol təsərrüfatına 500 min manat ziyan dəyib

2017-ci ilin 9 ayı ərzində Bakıda və respublikanın avtomobil yollarında 2 150 ədəd yol nişanı, 825 ədəd məlumatverici lövhə, 10 948 ədəd siqnal dirəyi, 826 ədəd siqnal bayrağı, 10 090 pm əyrixətli tir quraşdırılıb və bərpa edilib, 513,5 min kv.m.-lik yol boya ilə xətlənib.

“Azəravtoyol” ASC-nin 2017-ci ilin 9 ayı ərzində yerinə yetirdiyi işlər barədə hesabatında deyilir ki, görülən tədbirlərə baxmayaraq, 9 ay ərzində ölkədə 403 nəqliyyat hadisəsi baş verib, nəticədə 5921 pm əyrixətli tirlər, 16 ədəd işıq dirəyi, 11 ədəd yol nişanı yararsız hala düşüb, ümumilikdə yol təsərrüfatına 504,6 min manat məbləğində maddi ziyan dəyib.

Bunun 285,3 min manatı və yaxud 56,5%-i ödənilib. O cümlədən respublika üzrə 235,8 min manatlıq və yaxud dəymiş ziyanın 59,1%-i, paytaxt üzrə isə 49,5 min manatlıq və yaxud dəymiş ziyanın 46,7%-i qarşılanıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …