Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda bankların əhaliyə nağd dollar satışı azalıb – RƏSMİ

Azərbaycanda bankların əhaliyə nağd dollar satışı azalıb – RƏSMİ

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin iyun ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 19,074 mln. ABŞ dollarının xalis satışını həyata keçirib.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.

Məlumata görə, ardıcıl dördüncü aydır ki, banklar tərəfindən əhaliyə dollar satışı alışı üstələyir. İyun ayında banklar tərəfindən əhaliyə 167,597 mln. dollar satılıb, bu müddətdə isə əhalidən 148,523 mln. dollar alınıb.

May ayı ilə müqayisədə nağd dollar satışında əvvəlki ayla müqayisədə 10%, alışında isə 7,4% azalma qeydə alınıb. Beləliklə, bankların əhaliyə xalis nağd dollar satışında 29,6% azalma qeydə alınıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …