Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan bankları ipoteka krediti verməyə müştəri tapmır

Azərbaycan bankları ipoteka krediti verməyə müştəri tapmır

Son günlər “Azərbaycan İpoteka Fondu”nun (AİF) müvəkil banklarının ipoteka kreditlərinin illik faiz dərəcəsini 8%-dən 7%-ə endirməsi halları artıb.

Az qala hər gün hansısa bank güzəştli ipoteka aksiyası və yaxud  kampaniyası keçirdiyini bəyan edir.

Kredit təşkilatları faizin azaldılmasını əsasən Yeni İl ərəfəsi olması ilə əlaqələndirirlər. Yəni, ipotekadakı faiz güzəşti yaxınlaşan bayramla izah olunur. Bank sektorundakı mənbələr isə bildirir ki, əslində Azərbaycan bankları ipoteka krediti verməyə müştəri tapmır.

“Hazırda dövlət xətti ilə ipoteka krediti götürmək istəyənlərin sayı çox azdır. Kreditlə ev almaq istəyənlərin əksəriyyəti ya rəsmi gəlir də daxil olmaqla AİF-in müəyyən etdiyi tələbləri yerinə yetirə bilmirlər, ya da müsbət kredit tarixçəsinə malik deyillər. Tələblərə cavab verən potensial müştərilər isə gözləmə mövqeyi seçiblər. Yəni, ölkədə iqtisadi baxımdan qeyri-müəyyənlik olduğundan mənzil yükünün altında girmək istəyənlər nadir hallarda tapılır. Son nəticədə müvəkkil banklara ayrılmış kredit limiti istifadəsiz qalıb və onlar aşağı faizlə müştəri cəlb etməyə çalışırlar”, – deyə mənbə qeyd edib.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …