“Ərdoğan haqlıdır!” – Rusiya Dumasının senatoru

Rusiya Dumasının senatoru Aleksey Puşkov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən bəyanatla çıxış edib.
O, Ərdoğanın ABŞ-ın başçılıq etdiyi koalisiyanın İŞİD-i dəstəkləməsi ilə bağlı verdiyi açıqlamanı haqlı sayıb.
“Ərdoğan haqlıdır! ABŞ-ın terrorçu təşkilatları dəstəkləməsi ilə bağlı çoxlu faktlar var. Dövlət Departamentinin açıq-aydın olanları təkzib etməsi yersizdir” – Puşkov tvitter səhifəsində belə yazıb.
Qeyd edək ki, Dövlət Departamenti Ərdoğanın bəyanatına təcili reaksiya adlandıraraq, Türkiyə prezidentinin dediklərinin həqiqətə uyğun olmadığını iddia etmişdi.
Avropa.info
Zdrave universal kremi zdrave forte