Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Gündəm / Şuşa qaçqını Akşin Əliyev “Qaçqınkom” – la bağlı Prezidentə müraciət etdi

Şuşa qaçqını Akşin Əliyev “Qaçqınkom” – la bağlı Prezidentə müraciət etdi

Şuşa rayonundan məcburi köçkün olan Əliyev Akşin Səyyar oğlu hazırda 6 nəfər ailə üzvü ilə birlikdə Nəsimi rayonu Kovareçkin 21 – də kirayədə yaşayır. O düşdüyü acınacaqlı vəziyyətlə bağlı dəfələrlə Şuşa rayon İcra Hakimiyyətinə və Qaçqınkoma müraciət etsə də, bütün cəhdləri nəticəsiz qalıb.

Son çarəni problemini mətbuata çıxarmaqda görən Akşin Əliyev  Azinforum.az İnformasiya Portalına  müraciət edib.Akşin Əliyevin sözlərinə görə, onların bütün ailə parametrləri məcburi köçkünlər üçün paylanan evlərdən bir mənzil əldə etməyə uyğun gəlsə də, “Qaçqınkom” hər vəchlə buna mane olur: “Yaşlı atam dəfələrlə həmin instansiyaların qəbulunda olsa da, hər dəfə ona yalan vəd verərək yola salırlar. Yaşadığımız şəraitlə gəlib maraqlanan da olmayıb bu gunə kimi.

Hətta sonuncu dəfə atam Qaçqınqoma gedərək qaçqınlara qarşı bu laqeydliyi göstərdiklərinə gorə, onlara oz iradını bildirib. Mən başa düşə bilmirəm, onda dövlətin vəsaiti  hesabına  məcburi köçkünlər üçün tikilən  evlər kimə paylanır?  26 illik qaçqınçılıq dövründə, bizə dövlət tərəfindən heç bir mənzil verilməyib. Biz elə bildik ki, “Qaçqınkom”un yeni rəhbərliyi köhnələrdən fərqli olaraq, məsələyə əncam çəkəcək, amma təəssüf ki, onlar da sələflərinin yolunu gedirlər”.

Qeyd edək ki, Aksin Əliyev hazırda həm də işsizdir.Ali savadı olmasına baxmayaraq, bir müddət fəhləlik edərək ailəsini dolandırmağa çalışsa da, işin agırlıgına saglamlıgı tab getirməyib. İki korpə uşaq və yaşlı valideynləri ilə birlikdə  antisanitar bir şəraitdə yaşayan A.Əliyev bu durumun uşaqlarının saglamlığına  və gələcəyinə böyük bir zərbə olacagını və artiq dözülməz bir halda olduqlarını bildirib: “Mən iki körpə qızımın üzünə baxmağa utanıram. Onları cəmiyyətə yararlı vətəndaş kimi yetisdirmək mənim borcum olsa da, əlimdən heç nə gəlmir. Mən fürsətdən istifadə edib, ölkə başçısı  cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək onlardan ailəmizə kömək göstərməyi xahiş edirəm”.

Vətəndaşın şikayəti ilə bağlı adları çəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Avtomobillərin ön şüşəsinə texniki baxış talonunun vurulması ləğv edildi

Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin …