Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Türk donanması hərəkətə keçdi: 4 tərəfdən mühasirə…

Türk donanması hərəkətə keçdi: 4 tərəfdən mühasirə…

Ötən gün Egey dənizində Türkiyə ilə Yunanıstan arasında gərginliyə səbəb olmuş qarşıdurmanın təfərrüatı bəlli olub.

Axar.az xəbər verir ki, gərginlik Yunanıstana aid 3 sahil mühafizə qayığının Türkiyə sularına daxil olması ilə başlayıb.

Türkiyə Sahil Mühafizə Xidmətinin xəbərdarlığına məhəl qoymayan yunan qayıqları təxminən 15 dəqiqə ərzində Türkiyə sularında qalaraq sərhəd pozuntusuna yol verib. Sərhədi pozan yunan qayıqlarına Türkiyə SMX-i müdaxilə edib. Təqribən yarım saat ərzində yaşanan qovalamadan sonra Türkiyə Sahil Mühafizə Xidmətinə məxsus kater yunan katerinə çırpılaraq onu öz sularından qovub. Hadisədən sonra əraziyə 2 hücum kateri, 6 sahil mühafizə qayığı, bir döyüş gəmisi və bir axtarış-xilasetmə gəmisi cəlb olunub. Kardak qayalıqlarını 4 tərəfdən mühasirəyə alan türk gəmiləri hava qaraldıqdan sonra da ərazini tərk etməyib.

Qeyd edək ki, ötən gün yunan mətbuatı Türkiyə və Yunanıstana məxsus gəmilərin Kardak qayalıqları ərazisində toqquşduğunu bildirmişdi.

Olaya Türkiyə lideri Ərdoğan da reaksiya vermişdi.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …