Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / İŞİD Filippin kilsəsindəki partlayışlara görə məsuliyyəti üzərinə götürdü

İŞİD Filippin kilsəsindəki partlayışlara görə məsuliyyəti üzərinə götürdü

İŞİD terror qruplaşması Filippində katolik kilsəsindəki partlayışlara görə məsuliyyəti üzərinə götürüb.

Bu barədə “SITE Intelligence Group” məlumat yayıb.

Qeyd edək ki, Holo adasındakı Sulu vilayətində kilsədə baş verən iki partlayış nəticəsində 27 nəfər həlak olub, 111 nəfər xəsarət alıb.

**20:40(27.01.2019)

Filippində kilsədə baş verən iki partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, yaralananların da sayı artıb və 111 nəfərə çatıb.

Məlumata görə, ölənlər və yaralananlar kilsənin ziyarətçiləridir.

*   *   *11:33

Filippində kilsədə bazar ibadəti zamanı iki partlayış baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, partlayışlar bazar günü səhər Holo adasının Sulu əyalətində qeydə alınıb.

Partlayıcı qurğulardan biri kilsənin girişində, ikincisi isə daxilində işə düşüb. Partlayışlar nəticəsində 19 nəfər ölüb, 48 nəfər isə xəsarət alıb.

Hücuma görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …