Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Ermənistanda Paşinyanın heykəli başsız qaldı

Ermənistanda Paşinyanın heykəli başsız qaldı

Ermənistanda naməlum şəxslər ölkənin baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın “addımlayan” heykəlinin başını kəsiblər. Virtualaz.org “news.az” portalına istinadən xəbər verir ki, sözügedən heykəl Vanadzor-Gümrü yolunda qoyulub.

Sosial şəbəkələrdə yayılmış fotoşəkillərdən göründüyü kimi, heykəl başsız qalıb.

Xatırladaq ki, dekabr ayının əvvəllərində “Mənim addımım” adlanan heykəlin ayağının bir hissəsi qoparılmışdı.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …