Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Bu ucqar regionda 3-cü uşağa görə ayda 300 DOLLARDAN ÇOX PUL VERİLİR…

Bu ucqar regionda 3-cü uşağa görə ayda 300 DOLLARDAN ÇOX PUL VERİLİR…

2019-ci ildə Rusiya Federasiyasında üçüncü uşaq üçün aylıq vəsaitin maliyyələşdirilməsi  20 milyard rubl artırılacaq.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bu haqda Dövlət Şurası Rəyasət Heyətinin iclasında Əmək naziri Maksim Topilin  danışıb.
“Gələn ildən biz birgə maliyyələşdirmənin başqa səviyyəsinə keçəcəyik; əvvəllər bölgələr bu ödənişin 70% -ni, Federasiya isə 30% -ini maliyyələşdirirdisə, 2019-cu ildən, əksinə, Federasiya həmin ödənişin 70% -ni ödəyəcək” – deyə nazir bəyan edib.
Xəbərdə xatırladılır ki,  2017-ci ildə Rusiyada 3-cü övlad üçün ödəniş ayda ortalama 10 min rubl(242 AZN, yaxud təxm. 143 dollar) olub.  Ölkədə  3-cü övlad üçün ən yüksək aylıq Çukotka muxtar dairəsində – 22 min rubl( təxm. 533 AZN, yaxud təxm. 314 dollar), ən aşağı ödəniş isə  Belqorod vilayətindədir –  8 min rubldan(təxm. 194 AZN, yaxud təxm. 114 dollar) bir az çox…

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …