AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bahçeli bir jurnalistin “Kırıkkaledə 21 həkimin nəzarət altına alınmasını necə dəyərləndirirsiniz?” sualnın cavablandırdı. Həbsxanada cəza çəkən Çakıcının narahatlığı səbəbilə Keskin cəza evindən öncə Kırıkkale Yüksək İxtisas Xəstəxanasına aparıldığını, ordan da Sincan cəza evinə gətirildiyini bildirən Bahçeli bu müddət ərzində Kırıkkale baş prokuronun vəzifəsindən azad olduğunu söyləyib.

Bu gün 21 həkimin nəzarətə alındığını mətbuatdan öyrənən Bahçeli “Ölkəmizdə olan bir çox problemin içində tək problemimiz Allattin Çakıcı olmamalıdır” deyib.

Devlət Bahçeli həmçinin “Allattin Çakıcı haqqında daha öncə verilən sağlamlıq arayışı ilə bağlı şübhələrin Səhiyyə Nazirliyində bu günə qədər araşdırılaraq nəticəsi bəlli oldu” ifadəsini işlətdi.