Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Dünya / ABŞ İncirlik bazasına alternativ tapdı

ABŞ İncirlik bazasına alternativ tapdı

Rəsmi Afina ABŞ-ın Yunanıstanın Volos, Larisa və Dedeağac şəhərlərində hərbi baza yaratmasını təklif edib.

Yunanıstanın müdafiə naziri Panos Kammenos Amerikaya rəsmi səfəri zamanı Pentaqonun rəhbəri Ceym Mettis ilə görüşündə belə təklif səsləndirb.
“Yunanıstan ABŞ-ı özünün yeganə strateji müttəfiqi və tərəfdaşı sayır. ABŞ-ın sadəcə Sudada deyil, Volos, Larisa və Dedeağac da daimi hərbi qüvvə saxlaması Yunanıstan üçün önəmlidir”, – deyə Kammenos vurğulayıb.

ABŞ müdafiə naziri Ceyms Mettis isə yunan həmkarının təklifini müsbət dəyərləndirib: “Nazir Kammenos bu gün belə bir mövzunu gündəmə gətirdi. Bizim üçün açıq qapı var. Hərbi qüvvələrimizi Avropada necə yerləşdirəcəyimiz məsələsində yaxın müttəfiqimiz Yunanıstan ilə əməkdaşlığa hər zaman açığıq. Bu, Yunanıstanın suverenlik hüququnu və ABŞ-ı maraqlandıran bir mövzudur və məsələni birlikdə incələyəcəyik”, – Mettis deyib.

Yunanıstan KİV-ləri isə yazır ki, ABŞ Yunanıstanın Qrit adasındakı Suda hərbi bazasını genişlətdirmək istəyir və buranı Türkiyənin İncirlik bazasına alternativ kimi nəzərdən keçirir. Bundan əvvəl isə ABŞ hərbi helikopterlərini Şərqi Avropaya göndərmək üçün Dedeağac limanından istifadə edib. Larisada isə ABŞ-ın “MQ9” hücum-kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatları yerləşdirilib.

Həmçinin oxuyun

Ərdoğan Camal Xaşoginin qətlinin təfərrüatlarını açıqlayacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, səudiyyəli müxalif jurnalist Camal Xaşoginin (Camal Kaşıkçı) …