Cümə , Aprel 26 2024
Ana səhifə / Media (səhifə 457)

Media

Bakının yarısında nəqliyyatın hərəkəti iflic vəziyyətindədir

Bakının mərkəzindən Sumqayıta gedən istiqamətdə, demək olar ki, bütün yollar iflic vəziyyətindədir. Virtualaz.org-un müxbiri xəbər verir ki, kilometrlərlə uzanmış tıxac Masazır qəsəbəsindən başlayır və az qala Bakının mərkəzinə çatır. Tıxacın yaranmasına səbəb Bakı-Sumqayıt yolunda piyada keçidinin tikintisi üzündən nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət olub.

Ətraflı oxu »

Hər il dünyada 500 mindən çox qadın doğuş zamanı ölür

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bir ildə 136 milyondan çox qadın uşaq dünyaya gətirir. Onların 20 milyondan çoxu doğuşdan sonra hamiləliklə əlaqədar xəstəliklərə məruz qalır Modern.azxəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir ki, ildə təxminən 500 mindən çox qadın hamiləlik və doğuş zamanı meydana çıxan fəsadlarla əlaqədar vəfat edir. …

Ətraflı oxu »

Azərbaycanda sərnişindaşıma bahalaşıb

Dövlət Statistika Komitəsi nəqliyyat, poçt və rabitə qiymətləri indekslərini açıqlayıb. “APA-Economics” komitənin açıqladığı statistika məlumatlara istinadən xəbər verir ki, 2016-cı ilin avqust ayında nəqliyyat xidmətləri əvvəlki ayla müqayisədə 1,9%, o cümlədən yükdaşıma xidmətləri 2,2%, sərnişindaşıma xidmətləri isə 0,7% bahalaşıb. Ay ərzində poçt və kuryer xidmətlərinin qiymətləri 0,1% artıb, rabitə xidmətlərinin …

Ətraflı oxu »

Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris planı təsdiqlənib

Təhsil naziri Mikayıl Cabbarov azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planının təsdiqlənməsi ilə bağlı əmr imzalayıb. “Report”un xəbərinə görə, məqsəd Azərbaycanın ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir. Proqrama görə, azsaylı xalqların uşaqları üçün tәşkil edilәn …

Ətraflı oxu »

Qəzənfər Ağayev gözdən əlili necə başından edib… – ŞİKAYƏT VAR

Astara rayonun Rüdəkənar kənd sakini Ülvi Quliyevin 3 qızı var. Xədicə 7-ci, Fatimə 6-cı, kiçik qızı Ruqiyyə isə 1-ci sinif şagirdidir. «Uşaqların ayaqqabısı yoxdur» Ülvi Quliyev deyir ki, uşaqlarından ikisini məktəbə göndərə bilməyib. Baxmayaraq ki, hər ikisi əlaçıdır. O, bunun səbəbini belə izah edir: «Uşaqların ayaqqabısı yoxdur. Dərs ləvazimatlarini ala …

Ətraflı oxu »

Masazır iki gündür susuz qalıb, “Azərsu”…

Abşeron rayonu, Masazır qəsəbəsinin sakinləri iki gündür su təchizatından məhrum olublar. Qafqaz Xəbər Agentliyinə müraciət edən sakinlər bildiriblər ki, onlara əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib və suyun kəsilməsinin səbəbi açıqlanmayıb. Sakinlər tamamilə içməli su ehtiyatından məhrum olduqlarını, evdə su tədarükü üçün marketlərə üz tutduqlarını qeyd edirlər. Biz “Azərsu”nun “Qaynar xətt”inə …

Ətraflı oxu »

İşsizlik də artır, işsizləri aldadanlar da…- ARAŞDIRMA

Son vaxtlar qlobal iqtisadi tənəzzülün və neftin kəskin ucuzlaşmasının təsiri ilə Azərbaycanda da bir sıra müəssisələr dayanıb, yaxud ixtisarlara gedib. Nəticədə ölkədə bağlanan iş yerlərinin sayı rəsmi statistikaya görə on minlərlədir. Hərçənd yeni iş yerləri açılsa da, işsizlik Azərbaycanda hələ də problem olaraq qalır. Və iş axtaranların da sayı hər …

Ətraflı oxu »

Məhkəmə bildirişləri SMS vasitəsi ilə çatdırılacaq – VİDEO

Azərbaycanda məhkəmə bildirişlərinin çatdırılması qaydalarına yeniliklər edilir. Bununla bağlı Mülki Prosessual Məcəlləyə yeni maddə əlavə olunması nəzərdə tutulub. Yeni 138.5-ci maddəyə əsasən, iqtisadi mübahisələr zamanı məhkəmə bildirişləri müvafiq şəxslərə elektron qaydada çatdırılacaq. Həmin şəxslər bu barədə SMS vasitəsi ilə məlumatlandırılacaqlar. Layihəyə əsasən, iqtisadi mübahisələrlə bağlı olan bütün məhkəmə baxışlarının audio …

Ətraflı oxu »

Naxçıvanda birinci sinifə gedən şagirdlərin sayı açıqlandı

Yeni tədris ilində Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin birinci siniflərinə 5308 şagird qəbul olunub. Bunu muxtar respublikasının təhsil naziri Məmməd Qəribov deyib. O bildirib ki, bu tədris ilində ümumtəhsil məktəblərində birinci siniflərdə 5308 olmaqla, ümumilikdə, 45 min 497 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 6657 müəllim məşğul olur. 2016-2017-ci …

Ətraflı oxu »

İbrahim Mehdiyevin ağac “sevgisi”  – FOTO

Tanınmış jurnalist Azər Sarıyev sosial şəbəkədə maraqlı foto paylaşıb. Qaynarinfo.az xəbər verir ki, görüntü Yasamal rayonu ərazisində çəkilib: “Bu mənzərə Yasamal rayonu, Zərdabi prospektində çəkilib. Uşaqlar üçün oyun meydançası idi. Mərkəzdəki ağaclar göründüyü kimi yoxa çıxıb. Kənardakı ağacları da həmin tale gözləyirmi görəsən?” Fotodan aydın olur ki, sözügedən ərazidə ağacları …

Ətraflı oxu »