Cümə , Aprel 26 2024
Ana səhifə / İdman (səhifə 23)

İdman

Premyer Liqa futbolçusu eşq yaşadığı xanıma cinsi təcavüz edib? – FOTO

Premyer Liqa təmsilçisi “Mançester Yunayted”in ulduzu Antoni cinsi təcavüz xəbərindən sonra ilk açıqlamasını verib. Keçmiş sevgilisi Kavalin bir müddət əvvəl futbolçudan “məişət zorakılığı, təhdidlər və bədən xəsarətləri” ittihamı ilə polisə müraciət etmişdi. O, mayda “Mançester Yunayted”in “Bornmut”la qarşılaşmasından sonra futbolçunun hücumuna məruz qaldığını, hətta ölümlə hədələndiyini iddia edib. Nəhayət, braziliyalı …

Ətraflı oxu »

Avropa Oyunları: Medal sıralamasındakı mövqe dəyişmədi

Polşada keçirilən III Avropa Oyunlarının onuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib. Azərbaycan 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada 24-cü sıradakı yerini qoruyub. İlk “üçlük”də isə növbəti dəfə dəyişiklik olub. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (22 qızıl, 22 gümüş, 27 bürünc) başçılıq edir. …

Ətraflı oxu »

Avropa Oyunları: İdmançılarımız üç növdə mübarizə aparacaqlar

Polşada təşkil olunan III Avropa Oyunları davam edir. Yarışın onuncu günündə Azərbaycan idmançıları 3 növdə mübarizə aparacaqlar. Ölkə təmsilçiləri atıcılıq, badminton və çimərlik futbolunda qüvvələrini sınayacaqlar. Atıcılıq 11:00. Kişilər (25 metr məsafəyə tapança ilə sürətli atəş açma, təsnifat mərhələsi, 1-ci gün): Ruslan Lunyov 11:00. Qadınlar (Trap, təsnifat mərhələsi, 1-ci gün): …

Ətraflı oxu »

“Karyeramdakı ən yaxşı şey Messi ilə oynamaq olub”

Argentina millisinin üzvü Anxel Di Maria millidəki komanda yoldaşı Lionel Messi haqqında danışıb.Belə ki, yarımmüdafiəçi 35 yaşlı hücumçunu tərifləyib:“Cırtdan (komanda yoldaşları bəzən Messini “cırtdan” adlandırır. Bu ləqəb “Barselona”nın gənclər komandasında yaranıb – red.) sakit olanda bilirsən ki, hər şey yaxşı olacaq. O, tarixin ən yaxşısıdır. Messi istənilən problemi həll edir. …

Ətraflı oxu »

Azərbaycan millisi rekord xalla Avropa çempionu olub

İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub. Belə ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 Avropa çempionatları tarixində yunan-Roma güləşi üzrə millnin topladığı ən yüksək xaldır. Yığmanın ən yaxın izləyicisi Gürcüstanı …

Ətraflı oxu »

Futbolçuların 88 nömrəli forma geyinməsi qadağan edildi

taliyada futbolçulara forma nömrəsi olaraq “88”dən istifadə etmək qadağan edilib. Bu barədə İtaliya Daxili İşlər Nazirliyi və İtaliya Futbol Federasiyası arasında futbolda antisemitizmlə mübarizə niyyəti haqqında bəyannamə imzalanıb. Bildirilib ki, sözügedən rəqəm nasist lideri Adolf Hitleri xatırlatdığı üçün bu, futbolçulara qadağan olunub. Bu addım İtalyan əlifbasının 8-ci hərfi olan “H”dan …

Ətraflı oxu »

“Qarabağ” braziliyalı futbolçu transfer etdi

“Qarabağ” futbol klubu Portuqaliya Premyer Liqa təmsilçisi “Şaveş”dən Vieyra Juninyonu transfer edib.Bu barədə klub rəsmi məlumat yayıb.Bildirilib ki, 26 yaşlı braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.Juninyo Ağdam təmsilçisinin 18 nömrəli formasında çıxış edəcək.

Ətraflı oxu »

Yığmamız Avropa çempionu oldu

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatının qalibi olub.Qarışıq komanda yarışında millimiz ardıcıl olaraq Niderland, Almaniya və İtaliyaya qalib gəlib. Yığma finalda Fransanı ilə qarşılaşıb. Çempionluq uğrunda mübarizədə Azərbaycan seçməsi 1:3 hesabı ilə geri düşsə də, əzmkarlıq göstərib və hesabı 3:3 edib. Qalib qızıl xal ilə …

Ətraflı oxu »

Avropa çempionatı: Azərbaycanın cüdo yığması komanda hesabında birinci olub

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında fərdi yarışlar başa çatıb. Azərbaycan millisi qitə birinciliyini 9 medalla tamamlayıb. Yığma medal əyarına görə komanda hesabında birinci yeri tutub. Cüdoçularından Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) və Məhəmməd Musayev …

Ətraflı oxu »

Avropa Oyunlarında zədələnən karateçi: “Yenə italiyalı idmançı burnumu qırdı”

“İki ay əvvəl Avropa çempionatının finalında burnum sındığı üçün döyüşə bilməmişdim. Bütün bunları italiyalı idmançı etmişdi. Yenə İtaliya təmsilçisi burnumu qırdı (gülür)”. Bunu “Report”un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında italiyalı Klio Ferrakutti ilə döyüşdə burnu sınan Azərbaycan karateçisi Fəridə Əliyeva (+68 kq) deyib. O, ciddi xəsarət almadığını …

Ətraflı oxu »